Bu sənəd BARRACUDA adlı mobil tətbiqin (bundan sonra – Tətbiq) Azərbaycan Respublikası ərazisində restoranların tapılması, rezervasiya edilməsi və əlaqəli xidmətlərin göstərilməsi zamanı istifadəçilər, restoran tərəfdaşları və platforma arasında hüquqi münasibətləri tənzimləyir.
Biz və etibarlı tərəfdaşlarımız Barracuda-dan necə istifadə etdiyiniz barədə məlumat əldə etmək üçün izləmə texnologiyalarından istifadə edirik. Bu, platformamızdakı təcrübənizi yaxşılaşdırmağa və şəxsiləşdirməyə kömək edir. Sizin razılığınızla, məlumatlarınızdan Barracuda və digər platformalarda reklamları və təcrübələri daha uyğun etmək üçün istifadə edəcəyik. Hər zaman əsas alətlərimizi yoxlaya və kuki seçimlərinizi fərdiləşdirə bilərsiniz.
Bundan əlavə, topladığımız məlumatlar tətbiqin daha stabil və təhlükəsiz fəaliyyət göstərməsi, səhvlərin vaxtında aşkarlanması və istifadəçilərimizin ehtiyaclarına uyğun inkişafların həyata keçirilməsi üçün istifadə olunur. Bu texnologiyalar bizim tətbiqdə hansı funksiyaların daha çox istifadə edildiyini anlamağımıza, istifadə axınını optimallaşdırmağımıza və xidmət keyfiyyətini davamlı şəkildə artırmağımıza imkan verir.
Razılıq verdiyiniz hallarda, məlumatlarınızdan həmçinin sizə daha əlaqəli restoran tövsiyələri, xüsusi təkliflər və maraqlarınıza uyğun kampaniyalar təqdim etmək üçün istifadə edə bilərik. Məqsədimiz sizin üçün həm Barracudapp, həm də partnyor platformalarda daha şəxsi və rahat istifadə mühiti yaratmaqdır. Siz istənilən vaxt məxfilik seçimlərinizi yeniləyə, müəyyən kateqoriyalara icazəni aktiv və ya deaktiv edə və məlumatların necə istifadə olunmasına dair tam nəzarəti öz əlinizdə saxlaya bilərsiniz.
Bu məlumatlardan tətbiqdən necə istifadə etdiyinizi başa düşmək və təcrübənizi yaxşılaşdırmaq üçün istifadə edirik. Bu, ziyarətlərin sayını müəyyən etməyə, trafikin haradan gəldiyini ölçməyə və istifadəçiləri ən çox maraqlandıran funksiyaları başa düşməyə kömək edir.
İstifadəçilərin tətbiqdən necə faydalandığını analiz edərək məzmunu şəxsi üstünlüklərinizə uyğunlaşdıra və tətbiq təcrübəsini daha da uyğun edə bilirik. Həmçinin müxtəlif dizayn və funksiyaları test etmək və istifadəçilərin səhv və ya problemlərlə qarşılaşıb-qarşılaşmadığını müəyyən etmək üçün istifadə olunur.
Bəzi fərdiləşdirmə SDK-ları tətbiqin müəyyən funksiyalarından istifadə etmək üçün vacibdir. Bu SDK-lara icazə verməsəniz, sizə daha az uyğun məzmun göstəriləcək və tətbiqin performansını düzgün ölçmək mümkün olmayacaq.
Barracuda istifadəçilərlə restoranlar arasında vasitəçi rolunu oynayır və birbaşa ictimai iaşə xidməti göstərmir.
İstifadəçi tətbiqdən istifadə etmək üçün aşağıdakı məlumatları təqdim edir:
İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır. Şəxsi məlumatlar Bazasının sərəncamçısı Administrasiyadır – “BARRACUDA APP” MMC şirkətidir.
Tətbiq, həmçinin də Administrasiya, irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini və dünyagörüşü məsləklər, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin də sağlamlığa, cinsiyyət həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və işləmir.
Barracuda bu hallarda hesabı məhdudlaşdırmaq və ya silmək hüququna malikdir.
Tətbiqin İstifadəçisi şəxsi məlumatlarının Tətbiqdən silinməsinə sorğu göndərə bilər. Belə bir sorğu olduqda, onun haqqında toplanan bütün şəxsi məlumatlar silinəcək və gələcəkdə Servisə girişin təmin edilməsinə zəmanət verilməyəcək.
İstifadəçi haqqında şəxsi məlumatları silmək üçün _________________ ilə əlaqə saxlamalısınız.
Məlumatlar aşağıdakı hallarda ötürülə bilər:
Şəxsi məlumatların işlənməsi istənilən hərəkət və ya hərəkətlərin toplanma, qeydiyyat, yığım, saxlama, uyğunlaşma, dəyişiklik, yeniləmə, istifadə və yayılma kimi məcmusudur (yayılma, reallaşdırma, ötürülmə, həmçinin xaricə) və şəxsi məlumatların, həmçinin informasiya (avtomatlaşdırılmış) sistemlərinin istifadəsi ilə məhv edilməsidir.
Şəxsi məlumatların işlənməsinin məqsədləri, o cümlədən, aşağıdakılardır:
Tətbiq və Administrasiya Tətbiqə aidiyyəti olmayan üçüncü şəxslərə İstifadəçilər tərəfindən təqdim edilmiş heç bir şəxsi və ya başqa məlumatları, İstifadəçinin belə icazəni verdiyi hal istisna olmaqla, həmçinin də İstifadəçi razılaşması ilə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda, vermir.
Tətbiq və Administrasiya bəzi hallarda bəzi məlumatları Tətbiqlə əməkdaşlıq edən və ya Administrasiya ilə bağlı olan şəxslərə verə bilər. Administrasiya Tətbiqdən istifadə prosesində İstifadəçilər tərəfindən verilmiş informasiyanı və şəxsi məlumatları satmır və icarəyə vermir.
Tətbiqin İstifadəçisi başqa İstifadəçi tərəfindən verilmiş məlumatlardan, belə İstifadəçinin yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etmək hüququnun təsdiqi olmadan istifadə etməməyi öhdəsinə götürür.
Tətbiq və Administrasiya İstifadəçinin şəxsi məlumatlarının üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün bütün səmərəli ölçüləri qəbul edir.
Barracuda aşağıdakılara görə məsuliyyət daşımır:
Platformada yer alan bütün məzmun Barracuda MMC-yə məxsusdur və icazəsiz istifadəsi qadağandır.
Tətbiq informasiyanın saxlanılması üçün cookies fayllarından, veb-mayaklardan və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar veb- saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, Servis xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur.
Tətbiq tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin cookies fayllarının İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata keçirilir. Tətbiqdən istifadəni davam edərək, İstifadəçi Servisə cookies fayllarının İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir.
Tətbiq cookies-dən və oxşar texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda qalan və cookies, həmçinin də daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa oxşar texnologiyalardan istifadə edir. İstifadəçi belə cookies və oxşar texnologiyaları bloklamaqda, silməkdə və ya kəsməkdə, əgər İstifadəçinin qurğusu buna icazə verirsə, haqlıdır.
Cookies – kompüter terminologiyasında Tətbiqdən alınmış mətn və ya ikili məlumatlar şəklində informasiyanın təsviri üçün istifadə edilən anlayışdır ki, İstifadəçidə saxlanılır, yəni brauzerdə, sonra isə, əgər Tətbiqin İstifadəçisi ona təkrar olaraq baş çəkirsə, Tətbiqə yollanır. Beləliklə, Tətbiq baş çəkmə vaxtı İstifadəçinin brauzerini qeyd edir. Cookies faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq Tətbiqdən istifadəni yüngülləşdirir. Cookies falları özündə şəxsi məlumatları saxlamır.
Veb-mayaklar – Tətbiqdə, həmçinin onun xidmətlərində, əlavələrdə, mübadilə xəbərlərində, və İstifadəçini müəyyən etmək üçün adətən cookies ilə uyğunluqda işləyən alətlərdə qoşula bilən kiçik qrafik təsvirlərdir (həmçinin "nöqtə markörləri" və ya "Şəbəkə mayakları" kimi məlumdur).
Oxşar texnologiyalar – lokal ümumi obyektləri və ya lokal anbarı və proqram veb-əlavələrinin başqa metodları istifadə edən, brauzerdə və ya qurğuda informasiyanı saxlayan, "flashcookies" "HTML 5 cookies" kimi, texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər.
Cookies-ə və oxşar texnologiyalara icazə olunmamış girişin qarşısını almaq üçün Administrasiya bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. Administrasiya zəmanət verir ki, yalnız Administrasiya və/və ya Tətbiq xidmətlərinin səlahiyyətli təchizatçıları cookies məlumatlarına girişə malikdirlər.
Tətbiqin xidmətlərinin təchizatçıları Tətbiqin müxtəlif aspektləri ilə kömək edən şirkətlərdir. Administrasiya Tətbiqin uyğun olan xidmətlərinin İstifadəçiyə verilməsi, həmçinin də Tətbiqin bilavasitə fəaliyyəti ilə bağlı başqa məqsədlər üçün xidmətlərin bəzi səlahiyyətli təchizatçılarından istifadə edir. Xidmətlərin belə təchizatçıları həmçinin Tətbiqin (kənar cookies) xidmətləri vasitəsilə cookies-i İstifadəçinin qurğusunda yerləşdirə bilərlər. Onlar həmçinin başqa informasiyanı, məsələn, IP-ünvan və ya başqa eyniləşdiriciləri, toplaya bilərlər.
Tətbiqin yuxarıda göstərilmiş texnologiyalardan istifadə vasitəsilə toplayıb və saxladığı istənilən informasiyadan İstifadəçinin icazəsi ilə istifadə olunur. İstifadəçi brauzerin və ya qurğunun parametrlərində cookies-i idarə edə bilər. İnformasiyanın toplanmasından və saxlanılmasından imtina üçün brauzerin parametrlərində "Cookies-i saxlamamaq" bəndində bayraqcığı qurmaq, həmçinin "Cookies-i təmizləmək" düyməsini basmaq lazımdır.
Sistemdə olan texniki xarakterli informasiya, məsələn, ip-ünvanlar, Tətbiq tərəfindən şəbəkə avadanlığının xidməti üçün, həmçinin statistik və başqa informasiyanın ümumiləşdirilməsi üçün istifadə olunur. İstifadəçinin fərdi ehtiyaclarına və maraqlarına uyğunlaşdırılan verilən servislərin yüksək keyfiyyətli təminatı məqsədi ilə Tətbiq İstifadəçinin sistemə son girişinin məlumatlarını saxlayır.
Administrasiya Məxfilik Siyasətinə dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Tətbiqdən istifadəni dayandırmalıdır. Əgər İstifadəçi Tətbidən istifadə etməyə davam edirsə, o razılaşır və bütün dəyişiklikləri və Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul etmiş sayılır.
Bu Məxfilik Siyasəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Fərdi məlumatlar haqqında” Qanun və əlaqəli normativ aktlara uyğun hazırlanmışdır.